Avstraliyalı siyasətçi Trampın şərəfinə adını dəyişdi

Avstraliyalı siyasətçi Trampın şərəfinə adını dəyişdi backend

Avstraliyalı siyasətçi rəsmi olaraq adını ABŞ prezidenti Donald Trampın şərəfinə dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qərbi Avstraliyanın müstəqil deputatı Ben Dokinz ABŞ-nin keçmiş prezidenti Donald Trampdan ilhamlanaraq adını dəyişərək rəsmən Ostin Tramp olub. Siyasətçi bu addımın hazırda parlamentdə çoxluq təşkil edən sol mərkəzçi İşçi Partiyasına etiraz olduğunu bildirib. İnternet saytı qeyd edib ki, indi həmin siyasətçi “Avstraliyalı Tramp” kimi adlandırılır.

“Mən Qərbi Avstraliyada Leyboristlər hökumətinin tiranlığına və sistemli korrupsiyasına qarşı siyasi etiraz aksiyası keçirdim”, – Ostin Tramp bildirib.

Siyasətçi Qərbi Avstraliyanın Doğum və Nikah Reyestrindən ad dəyişikliyini təsdiq edən sənədin fotosunu da paylaşıb.

“Donaldla əlaqə saxlamağınızı istərdim, sadəcə ofisə zəng edin”, - deyə o, jurnalistlərə müraciət edib.

QAZİLER.AZ

Diaspora