Keçmiş merin cəsədinin axtarışında GPS-dən istifadə ediləcək

Keçmiş merin cəsədinin axtarışında GPS-dən istifadə ediləcək backend

Samaranın keçmiş meri Viktor Tarxov və onun həyat yoldaşının cəsədləri GPS izləyiciləri vasitəsilə axtarılacaq.

Qaziler.az bildirir ki, bu barədə “kp.ru” “Ekologiya” regional operatorunun mətbuat xidmətinə istinadən xəbər verir.

Cəsədlərin zibil poliqonunda ola biləcəyi güman edilir.

“Biz avtomobilin harada olduğunu, hansı dayanacaqları etdiyini bilirik və onun zibillikdə hara boşaldıldığını müəyyən edə bilərik. Bu məlumatlar müstəntiqlərə axtarışlar üçün təxmini yerləri müəyyən etməyə kömək edəcək”, – şirkət qeyd edib.

Samara şəhərinin keçmiş meri və onun həyat yoldaşı Yekaterina Tarxova qətlində qız nəvəsi şübhəli bilinərək həbs edilib. Qızın mənzilində nənə və babasının telefonları və pasportları tapılıb.

QAZİLER.AZ

Diaspora