ABŞ-nin bir hərbçisi və üç əməkdaşı Filippində qəzada həlak olublar

ABŞ-nin bir hərbçisi və üç əməkdaşı Filippində qəzada həlak olublar backend

Filippinin cənubunda  bir ABŞ hərbçisi və üç Pentaqon əməkdaşı təyyarə qəzasında  həlak olub.

Qaziler.az bildirir ki, bu barədə fevralın 6-da "Associated Press" (AP) ABŞ Hind-Sakit Okean Komandanlığının bəyanatına istinadən məlumat yayıb.

"Təyyarə Filippin müttəfiqlərimizin xahişi ilə müşahidə və kəşfiyyat dəstəyi vermək üçün adi missiya yerinə yetirirdi", - komandanlığın bəyanatında deyilir.

Bildirilib ki, ABŞ hərbçiləri tərəfindən icarəyə götürülən təyyarə Maqindanao-del-Sur əyalətində düyü tarlasına düşüb.

Hadisə yerinə ilk olaraq yaxınlıqdakı kəndlərin sakinləri gəlib, onlar həlak olanların cəsədlərini təyyarənin qalıqları altından çıxarıblar.

QAZİLER.AZ

Diaspora