İranın Təbriz, Urmiya və Ərdəbil şəhərlərində soydaşlarımızın etirazları səngimir. APA TV-nin xəbərinə görə, küçələrə çıxan milyonlarla soydaşımız tərəfindən "Azərbaycan yıxılmaz, türkün beli bükülməz", "İrqi ayrı-seçkiliyə son" şüarları səsləndirilib:
Eyni zamanda İranda təhsil alan 1811 azərbaycanlı İran prezidenti Həsən Ruhaniyə müraciət ünvanlayıb. Məktubda türk dilinin İranda rəsmi dövlət dili olması istənilir. Müraciət müəllifləri İran dövlət başçısından burada yaşayan 35 milyon soydaşımızın hüquqlarının bərpa olunmasını tələb edir. Soydaşlarımız tərəfindən İranın mədrəsə və ali təhsil ocaqlarında türk dilində təhsilin qanuniləşdirilməsi tələbi də irəli sürülüb.Bu arada keçirilən aksiyalarda iştirak edən beş soydaşımız İran hökuməti tərəfindən həbs olunaraq, məhkəmənin qərarı ilə ümumilikdə 45 illik həbs cəzasına məhkum edilib. Soydaşlarımız tələbləri yerinə yetirilməyənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər.