“Münaqişə bitdikdən sonra İsrail Qəzza zolağına nəzarəti ABŞ-yə verə bilər”.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
O, həmçinin fələstinlilərin bölgənin daha təhlükəsiz yerlərinə köçürüləcəyini bildirib. Trampın sözlərinə görə, ABŞ tərəfindən Qəzzanın yenidən qurulması bəşər tarixində ən böyük və ən təsirli layihə ola bilər.
Qeyd edək ki, fevralın 5-də ABŞ prezidenti Donald Tramp fələstinlilərin qonşu ölkələrə köçürülməsindən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılmasına cavabdeh olacağını vəd edib.
QAZİLER.AZ