Xəstəlik bəhanəsi ilə sığınacaq axtaranların ABŞ-yə girişi qadağan ediləcək

Xəstəlik bəhanəsi ilə sığınacaq axtaranların ABŞ-yə girişi  qadağan ediləcək backend

ABŞ prezidenti Donald Tramp administrasiyası qızılca və vərəmin yayılmasına qarşı mübarizə bəhanəsi ilə sığınacaq axtaran şəxslərin ölkəyə girişini qadağan etməyi düşünür.

Qaziler.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Onun sözlərinə görə, söhbət pandemiya zamanı qüvvədə olan 42-ci bölmənin bərpasından gedir. Bu tədbir artıq Tramp tərəfindən dövlət başçısı kimi ilk müddətində atılıb və formal olaraq koronavirusun yayılmasının qarşısını almağa yönəlib. 42-ci maddə Amerika səlahiyyətlilərinə sığınacaq axtaranların əksəriyyətini sanitar əsaslarla tez və qanuni şəkildə ölkədən çıxarmaq səlahiyyəti verirdi.

Ağ Evin planlarına görə, bu dəfə 42-ci bölməyə müraciət edilməsinə səbəb miqrasiya ilə əlaqədar vərəm və qızılca xəstəliyinin yayılması təhlükəsi olacaq. ABŞ Səhiyyə Nazirliyi vəziyyəti təhlil etmək üçün öz işçilərini Cənubi Amerika sərhədinə göndərəcək.

Nəşr qeyd edir ki, Kanzas hazırda vərəm epidemiyası ilə mübarizə aparır və bəzi ştatlarda, o cümlədən Texasda qızılcaya yoluxma halları qeydə alınıb.

QAZİLER.AZ

Diaspora