Suriyada Türkiyənin hərbi bazaları yerləşdiriləcək?

Suriyada Türkiyənin hərbi bazaları yerləşdiriləcək? backend

Türkiyə hərbi bazalarının Suriyada yerləşdirilməsi ehtimalı ilə bağlı yayılan xəbərlər doğru deyil.

Qaziler.az xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Biz bu cür mətbuat xəbərlərinə ehtiyatla yanaşmalıyıq. Bu cür məsələlərin müzakirəsi tezdir”, - mənbə bildirib.

O əlavə edib ki, Suriyanın yeni hökumətinin müraciətləri əsasında birgə yol xəritəsinin hazırlanması, Suriya ordusunun potensialının inkişafı üçün konkret addımların atılması planlaşdırılır.

QAZİLER.AZ

Diaspora