ABŞ hərbi tədqiqatlara xərcləri artırır

ABŞ hərbi tədqiqatlara xərcləri artırır backend

ABŞ-də Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyinin (DARPA) tədqiqat xərcləri 2025-ci ildə 4,37 milyard dollara qədər artırılıb.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Roskonqresin hesabatında qeyd edilib.

Agentliyin maliyyələşdirilməsi 1996-cı ildə 2,27 milyard dollardan 2025-ci ildə 4,37 milyard dollara qədər 92,5 faiz artırılıb.

Bu il agentlik əsasən elmi və praktiki problemlərin həllinə yönəlmiş tətbiqi tədqiqatlarla məşğul olacaq. Eyni zamanda, xüsusi hərbi ehtiyacları ödəmək üçün tələb olunan texnoloji inkişaflar üçün büdcənin payı son 26 ilin ən böyük məbləği olacaq.

QAZİLER.AZ

Diaspora