Sosial şəbəkə Rusiya qanunvericiliyinin tələblərinə uyğunlaşmağa başlasa, “X” sosial şəbəkəsi blokdan çıxarıla bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O vurğulayıb ki, bundan sonra sosial şəbəkənin blokdan çıxarılmasında heç bir maneə olmayacaq.
“Məsələ “X”in Rusiya qanunvericiliyinin bütün tələblərinə əməl edib-etməməsidir. Bu tələblər yerinə yetirildikdən sonra, təbii ki, fəaliyyətinə heç bir maneə olmayacaq”, - Peskov bildirib.
QAZİLER.AZ