Annalena Berbok Almaniyadakı hadisələrdə Rusiyanı günahlandırdı

Annalena Berbok Almaniyadakı hadisələrdə  Rusiyanı günahlandırdı backend

Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniyada bir sıra təxribat anklarını şərh edib.

Qaziler.az xəbər verir ki, bu barədə “N-tv” yazıb.

Nazirin iddiasına görə, hadisələr Rusiya tərəfindən təşkil edilib.  

“Çoxdan bəllidir ki, Kreml Avropa demokratiyasında sabitliyi pozmaq və populyar olmayan partiyaları gözdən salmaq üçün müxtəlif üsullardan istifadə edir. “Avropa sülh nizamını siyasi cəhətdən dəstəkləyən və Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə qarşı çıxan hər kəs Kremlin və onun yaxınlarının çəpərində olur”, - Berbok deyib.

O, bunun hazırda Moldova və Gürcüstanda da baş verdiyini iddia edib.  Həmçinin, Baerbok hesab edir ki, Kremlin təsiri başqa Avropa ölkələrində keçirilən seçkilərdə də aşkar görünür.

QAZİLER.AZ

Diaspora