Bill Qeyts ilk dəfə yeni sevgilisindən danışıb

Bill Qeyts ilk dəfə yeni sevgilisindən danışıb backend

Biznesmen Bill Qeyts ilk dəfə sevgilisi Paula Herd haqqında danışıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Mən çox şanslıyam ki, Paula var. Birlikdə olanda heç vaxt darıxmırıq. Biz Olimpia oyunları kimi tədbirlərə gedir və bir çox başqa gözəl işlər görürük”, - Qeyts yazıb.

Cütlüyə yaxın bir insayder əlavə edib ki, cütlük son vaxtlar çox yaxınlaşıb.

“Onlar ayrılmazdır. Qeyts bir ildən çoxdur ki, onunladır və münasibətləri ictimaiyyətə məlum olmasa da, dostları və ailəsi onlar arasındakı münasibətin ciddi olduğunu bilirdi”, -  deyə qeyd edilib.

Xatırladaq ki, 2022-ci ildə Bill Qeyts arvadı Melinda ilə 27 illik evlilikdən sonra boşanıb.

QAZİLER.AZ

Diaspora