Keçmiş Samara meri və arvadının qətlində şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş Samara meri və arvadının qətlində şübhəli bilinən şəxs saxlanılıb backend

Samara şəhərinin keçmiş meri Viktor Tarxovun və onun həyat yoldaşı Nataliyanın nəvəsi onların qətlində şübhəli bilinərək saxlanılıb.

Qaziler.az xəbər verir ki, bu haqda RTVI məlumat dərc edib.

Nəşrin məlumatına görə, o, hələlik istintaqla əməkdaşlığa hazır deyil.

Jurnalistlər qeyd ediblər ki, qətldən sonra qohumu baba və nənəsinin əmlakını satıb. Bura nişan və avtomobillər kolleksiyası daxildir.

Qeyd edək ki, Samaranın keçmiş meri və arvadının evdə meyiti tapılıb.

QAZİLER.AZ

Diaspora