Komidə COVID-19 ilə əlaqədar xüsusi rejim ləğv edilib

Komidə COVID-19 ilə əlaqədar xüsusi rejim ləğv edilib backend

Rusiyanın Komi Respublikası hökumət orqanları üçün beş il əvvəl yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilmiş xüsusi xəbərdarlıq rejimini ləğv edilib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu regional hökumətin saytındakı materiallar təsdiq edir.

Respublika başçısının səlahiyyətlərini icra edən Rostislav Qoldşteynin imzaladığı sərəncamda bildirilir ki, bu sənəd qüvvəyə mindiyi gündən yüksək hazırlıq rejimi ləğv ediləcək. Onun sözlərinə görə, yüksək hazırlıq rejiminin ləğvi COVID-19-un yayılması ilə bağlı vəziyyətin yaxşılaşmasıdır.

Komi Respublikası rəhbərinin 15 mart 2020-ci il tarixli sərəncamına əsasən, regionda yüksək hazırlıq rejimi tətbiq edilib.

QAZİLER.AZ

Diaspora