Trampın Ukrayna ilə bağlı sülh planını nə vaxt təqdim edəcəyi məlum olub

Trampın Ukrayna ilə bağlı sülh planını nə vaxt təqdim edəcəyi  məlum olub backend

ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planını fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında onun xüsusi nümayəndəsi Keyt Kelloq təqdim edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır.

“Elementlərə münaqişənin potensial olaraq dondurulması və Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərin qeyri-müəyyən vəziyyətdə buraxılması, eyni zamanda Ukraynaya Rusiyanın bir daha hücum edə bilməyəcəyini təmin edəcək təhlükəsizlik zəmanətlərinin verilməsi daxildir”, - mətndə deyilir.

Eyni zamanda, agentliyin mənbələri planın nə qədər təfərrüatlı olacağını və tədbirdə müzakirəsinin hansı formatda aparılacağını söyləməkdən imtina ediblər.

QAZİLER.AZ

Diaspora