Çeçenistan lideri Ramzan Kadırov “Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinovun Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi əsirləri Petro və Denis ilə söhbət etdiyi videogörüntünü paylaşıb.
Qaziler.az xəbər verir ki, Çeçenistan lideri bu barədə şəxsi “Telegram” kanalında yazıb.
“Yenə də “Bizim məhbuslar” rubrikası. Donetsk Xalq Respublikasının Çasov Yar şəhəri ərazisində əfsanəvi “AXMAT” xüsusi təyinatlılarının Rusiya Müdafiə Nazirliyinin qəhrəman 4-cü briqadası ilə birgə apardığı birgə işin nəticələri ilə tanış olun”, - Kadırov kadrların altından yazıb.
Çeçenistan lideri Alaudinova gördüyü işlərə görə təşəkkür edib və hərbi əsirlərin vəziyyəti barədə də məlumat verib. Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiyanın əsirliyində onlarla yaxşı rəftar edildiyini təsdiqləyiblər.
Kadırov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşən hər kəs Rusiya ordusuna təslim olmalı və canlarını xilas etməlidir.
QAZİLER.AZ