İndoneziyada qız kosmetika almaqdan imtina edən anasına bıçaqla hücum edib.
Qaziler.az bildirir ki, bu barədə “World of Buzz” məlumat yayıb.
Pamelanq şəhərindən olan gənc qızın əlində çubuq və iti bıçaqla anasını və bir qrup yerli sakini təhdid etdiyi görüntülər İndoneziyanın sosial şəbəkələrində gündəm olub.
İlkin məlumata görə, münaqişə anası qızına dəriyə qulluq vasitələrini almaqdan imtina etdiyi üçün yaranıb. Bu, yeniyetmənin şiddətli reaksiyasına səbəb olub və ictimaiyyət qarşısında edib.
Qadınlardan biri bıçağı məktəbli qızın əlindən almaq istəsə də, təkbaşına buna nail ola bilməyib. Ona görə də bir qrup insan toplaşaraq, yeniyetməni zərərsizləşdirə bilib. Xoşbəxtlikdən insan tələfatı və ya ciddi xəsarət alan olmayıb, lakin yerli hakimiyyət orqanları hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
QAZİLER.AZ