Amerikasız Ukraynanın necə olacağını düşünmək belə istəmirəm - Zelenski

Amerikasız Ukraynanın necə olacağını düşünmək belə istəmirəm - Zelenski backend

Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb ki, Amerikanın yardımını dayandırmaq ideyası onun üçün qəbuledilməzdir, çünki bu halda ölkənin Silahlı Qüvvələri Rusiyaya müqavimət göstərə bilməyəcək.

Qaziler.az xəbər verir ki, onun sözlərini UNİAN yayıb.

“Müharibə davam edərsə, ABŞ-nin iştirakı olmadan Ukrayna və Rusiya arasında qarşıdurmada nə baş verəcəyini təsəvvür belə etmək istəmirəm. Bu gün mən bu məsələ ilə bağlı proqnoz və ya şərh verməyə hazır deyiləm”, - deyə Zelenski qeyd edib.

Ukrayna lideri Vaşinqtonun hərbi dəstəyi dayandırmasını Ukraynanın müdafiə qabiliyyətini zəiflədəcək “son dərəcə riskli” addım adlandırıb.

“Bu, şübhəsiz ki, bizim hərbi potensialımızı sarsıdacaq. Biz daha da zəifləyəcəyik və mən cəbhəni saxlaya biləcəyimizə əmin deyiləm”, - Zelenski əlavə edib.

QAZİLER.AZ

Diaspora