Ərdoğan dünyada ticarət müharibələri ilə bağlı xəbərdarlıq edib

Ərdoğan dünyada ticarət müharibələri ilə bağlı  xəbərdarlıq edib backend

Qlobal ticarət sistemi artan gərginliklə üzləşir və Türkiyə iqtisadi siyasətlərini yeni çağırışlara uyğunlaşdırır.

Qaziler.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli məşğulluq strategiyasının təşviqi ilə bağlı keçirilən toplantıda bildirib.

“Müasir beynəlxalq sistem çətin dövrünü yaşayır. Geosiyasi rəqabət yeni səviyyəyə çatıb və əsas oyunçular arasında ticarət müharibəsi güclənəcək”, - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə hökuməti riskləri təhlil edir, orta və uzunmüddətli iqtisadi hədəflərə düzəlişlər edir.

“Biz ölkəyə təhdidləri minimuma endirmək üçün ticarət yol xəritəsini nəzərdən keçiririk”, - deyə Ərdoğan vurğulayıb.

Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb. İki ölkə üçün rüsumun ölçüsü 25%, Çin üçün isə 10% olacaq. Tramp verdiyi qərarı Amerika biznesinin maraqlarını qorumaq kimi izah edib.

QAZİLER.AZ

Diaspora