Döyüş bölgəsində cinayət törədən Rusiya hərbi qulluqçuları təkcə azadlıqdan deyil, həm də veteranlara verilən mükafat və ödənişlərdən məhrum ediləcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı ölkənin Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsinə istinadən məlumat yayıb.
“Bu yolla idarə nizam-intizamı yaxşılaşdırmaq, ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq niyyətindədir”, - məlumatda qeyd olunub.
Qanun layihəsinin müəlliflərinin fikrincə, cəzanın “tərbiyəvi mahiyyəti” məhkuma mənəvi təsirdən ibarət olacaq. Mənbənin sözlərinə görə, qanun layihəsi aidiyyəti idarələrdə müzakirə olunur.
QAZİLER.AZ