İranda azərbaycanlıların aksiyaları genişlənir: Ərdəbil və Urmiyaya Əhər də qoşulur

İranda azərbaycanlıların aksiyaları genişlənir: Ərdəbil və Urmiyaya Əhər də qoşulur backend

İran televiziyasının azərbaycanlıları təhqir etməsi ilə əlaqədar etiraz aksiyaları davam edir. APA TV-nin məlumatına görə, İranın əksər şəhərləri və paytaxt Tehranda keçirilən etiraz aksiyalarından sonra bu dəfə Əhər şəhərində kütləvi etirazlara çağırış edilib.

Azərbaycanlı milli-mədəni fəallar şəhərdə bildiriş yayaraq, Əhər əhalisini İran televiziyasının azərbaycanlıları təhqir etməsinə qarşı yürüş keçirməyə çağırıblar. Dinc aksiya bu gün Təbriz vaxtı ilə saat 16:30-da Müəllim dördyolundan Şəhrdari istiqamətində keçiriləcək.

Ərdəbilin Mühəqqiq Universitetində də etiraz aksiyası keçirilib. Tələbələr universitetdə bir araya gəlib və İran televiziyasının azərbaycanlıları türkləri təhqir etməsini kəskin qınayıblar. Aksiyada insident qeydə alınmayıb.

Urmiyanın “Şəhrdari” voleybol komandasının tərəfdarları da irqçiliyə qarşı aksiyalara qoşulub. Vəraminin “Mətin” komandası ilə qarşılaşması zamanı soydaşlarımız “İran teleradiosu - Azərbaycanın düşmənidir”, “Azərbaycan milləti - Çəkməz belə zilləti” şüarları səsləndiriblər.

Qeyd edək ki, noyabrın 9-dan İran televiziyasının “Fitilə” verilişində Azərbaycan türklərinin təhqir edilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Diaspora