Putin və Trampın harada görüşə biləcəyi məlum olub

Putin və Trampın harada görüşə biləcəyi məlum olub backend

Rusiya ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutacaq zirvə görüşünün mümkün məkanları üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə baxır.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi danışıqların gedişi ilə tanış olan Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, Rusiyanın yüksək vəzifəli məmurları potensial danışıqlara hazırlıq məqsədilə son həftələr həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ-yə səfər ediblər. Mənbələrdən biri onu da bildirib ki, Vaşinqtonun bu ölkələrlə sıx hərbi əlaqələri olduğundan Moskvada bu ideyaya müəyyən qədər etiraz var.

“Reuters” həm Putinin, həm də Trampın Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə dostluq münasibətləri qurduğuna diqqət çəkib.

QAZİLER.AZ

Diaspora