"Pələng” ləqəbli vitse-qubernator Kurskda öldürüldü – İlk belə hadisədir...

"Pələng” ləqəbli vitse-qubernator Kurskda öldürüldü – İlk belə hadisədir... backend

2022-ci ildən Ukrayna ilə müharibədə iştirak edən Primorsk diyarının vitse-qubernatoru Sergey Efremov cəbhədə həlak olub. O, daha əvvəl Primoryeyə qayıtsa da, ötən ilin yayında yenidən döyüşə getmişdi.

QAZİLER.AZ  “AzPolitika”-ya istinadən xəbər verir ki, bu barədə qubernator Oleq Kozhemyako məlumat verib.

“Shot” və “Mash” teleqram kanallarının məlumatına görə, Efremovun idarə etdiyi avtomobil Kursk vilayətində minaya düşüb. Məmurdan başqa onun yanınakı rus ordusunun zabiti də həlak olub.

Vitse-qubernatorun ölüm səbəbi və yeri barədə rəsmi məlumat yoxdur. Kozhemyakonun sözlərinə görə, o, döyüş tapşırığından qayıdarkən ölüb.

Efremov hərbi məktəbi bitirib, DOSAAF-ın regional bölməsinə rəhbərlik edib, eyni zamanda Ussuriysk merinin müavini olub. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Primoryedə yaradılan və cəbhəyə göndərilən "Pələng" könüllü dəstəsinə rəhbərlik edib. 2023-cü ildə cəbədən qayıtdıqdan sonra Primorye Qəhrəmanı və "DXR" Qəhrəmanı titullarına layiq görülüb. O, həm də “Cəsarət” ordeni ilə təltif olunub.

2024-cü ilin fevralında Oleq Kozhemyako Efremovu daxili siyasətə cavabdeh olan vitse-qubernator təyin edib. Avqust ayında Ukraynanın Kursk vilayətində hərbi əməliyyatı başlayandan sonra 52 yaşlı Efremov “Pələng” dəstəsinin başında yenidən döyüşə getmək qərarına gəlib.

Ukraynada müharibədə əvvəllər də rusiyalı məmurlar, bələdiyyə və regional deputatlar həlak olub, lakin birinci dəfədir ki, vitse-qubernator rütbəli məmur ölür

Diaspora