Çin ABŞ-ın ölkəsinin idxalına tətbiq etdiyi tarifləri pisləyir, buna qarşı çıxır və Pekin öz qanuni maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi məlumat verib.
“ABŞ narkotik məhsullarını bəhanə edərək, Çin idxalına əlavə 10 faiz rüsum tətbiq edib. Çin bu addımı qətiyyətlə pisləyir və ona qarşı çıxır. Ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi cavab tədbirləri görəcək” - o deyib.
Onun sözlərinə görə, Çin narkotiklərlə mübarizə siyasəti və onların həyata keçirilməsi baxımından ən sərt ölkələrdən biridir. Səfirliyinin nümayəndəsi hesab edir ki, narkotiklərlə mübarizə məsələsi daha çox ABŞ-da problemə çevrilib.