ABŞ-ın Vaşinqton şəhərində qəzaya uğrayan “Bombardier CRJ700” sərnişin təyyarəsinin qalıqları fevralın 3-də Potomak çayından çıxarılmağa başlanılacaq.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, daha sonra “Black Hawk” helikopterinin qalıqlarının quruya çıxarılması üçün işə başlanacaq.
İşlərin fevralın 12-dək başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, yanvarın 30-da Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə içərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi toqquşub. Qəza nəticəsində həlak olanlardan 41-nin meyiti tapılıb.