Ağ Evdən COVID-19 açıqlaması: Təsdiqlənmiş faktdır

Ağ Evdən COVID-19 açıqlaması: Təsdiqlənmiş faktdır backend

COVID-19 virusunun Çinin Uhan şəhərindəki laboratoriyadan sızması ilə bağlı iddiaların təsdiqlənmiş fakt olduğu məlumdur.

QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt açıqlama verib.

O, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) COVID-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair son açıqlamasını qiymətləndirib:

"Bu faktı Amerika xalqına açıqladığı üçün (MKİ direktoru) Con Ratkliffi təbrik edirəm. Bayden administrasiyasının bu məsələ ilə bağlı faktları Amerika xalqına izah etmək şansı var idi, lakin nədənsə bunu seçmədilər. İndi bilirik ki, bu, təsdiqlənmiş bir faktdır. Bunun ortaya çıxması uzun illər çəkdi, lakin prezident Donald Trump bu barədə haqlı idi”.

Qeyd edək ki, ilk prezidentlik müddətinin sonunda COVID-19 ilə bağlı açıqlamalar verən Tramp virusun Çinin Uhan şəhərindəki laboratoriyadan çıxdığını və Çinin vaxtında lazımi tədbirlər görmədiyi üçün bütün dünyaya yayıldığını iddia etmişdi. Çin isə bu iddiaları təkzib etmişdi.

 

 

Diaspora