PKK/YPG-nin əsas ünsürü olduğu SDG-nin terrorçu lideri Mazlum Abdin terror təşkilatının lideri Abdullah Öcalanın fevralın 15-də mesaj yayımlayacağını iddia edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb.
Məqalədə Abdinin iki mühüm xəbər verdiyi və fevralın 15-də PKK lideri Öcalanın həbsinin 26-cı ildönümündə mesaj göndərəcəyini təsdiqlədiyi bildirilib.
Abdi mesajın video şəklində də ola biləcəyini irəli sürüb: “Açıqlamanın Suriyanın şimal-şərqi ilə əlaqəsi olacağına inanırıq. Öcalanın bu bölgə ilə çoxlu əlaqələri var. Burada hər şey bir-birinə bağlıdır".
Abdi həmçinin Dəməşqlə dialoqun daha geniş danışıqlar prosesinin bir hissəsi olduğunu bildirib.
Təşkilata yaxın məbbələrin məlumatına görə isə, Öcalan fevralın 15-də silahı buraxma çağırışı etmək istəyir.