ABŞ prezidenti Donald Tramp deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə tezliklə danışa və Ukraynadakı münaqişəyə son qoymaq üçün əhəmiyyətli bir şey elan edə bilər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
"Biz danışacağıq və düşünürəm ki, yəqin ki, əhəmiyyətli bir şey edəcəyik. Biz bu müharibəyə son qoymaq istəyirik”,- Tramp deyib.
O əlavə edib ki, administrasiyası artıq bu müharibəyə son qoymaq üçün “ Rusiya ilə çox ciddi müzakirələr aparıb”.
Tramp administrasiyasında kimin ruslarla əlaqə saxladığını açıqlamayıb, lakin iki tərəfin “artıq danışdıqlarını” bildirib.
Ötən həftə Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal Putinlə görüşmək istədiyini bildirib. Onun sözlərinə görə, Putin onunla görüşmək istəyir.