Britaniya ukraynalılar üçün viza qaydalarını yumşaldıb

Britaniya ukraynalılar üçün viza qaydalarını yumşaldıb backend

Britaniya ukraynalılar üçün viza qaydalarını yüngülləşdirərək ukraynalı qaçqınların ailələrinin yenidən qovuşmasını asanlaşdırıb.

Qaziler.az UNİAN-a istinadla bildirir ki, bu barədə BBC-Ukrayna məlumat yayıb.

Bir il əvvəl Britaniya hökuməti ukraynalı qaçqınlar üçün “Homes for Ukraine” adlı xüsusi proqramın fəaliyyətini məhdudlaşdırmışdı. Daha sonra ukraynalı qaçqınlara bu sxem üzrə Britaniyaya gələn digər ukraynalılar üçün sponsorluq (yeni gələnə yaşayış yeri təmin edən şəxs) kimi fəaliyyət göstərmələri qadağan edildi. Bu məhdudiyyət onların azyaşlı uşaqlarına da şamil edilib.

O zaman xeyriyyə təşkilatları yeni qaydaları tənqid edirdilər, bu isə ukraynalı ailələrin yenidən birləşə bilməyəcəyi anlamına gəlirdi. Bəzi hallarda ukraynalılar öz övladlarını Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmağa məcbur olurlar.

QAZİLER.AZ

Diaspora