Fransa Ndjamenadakı Adji Kossei hərbi bazasını rəsmi olaraq Çad Silahlı Qüvvələrinə təhvil verib və bununla da kontingentinin ölkədən çıxarılmasını başa çatdırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Tchadinfos” portalı məlumat yayıb.
Daha əvvəl fransız əsgərləri Faya-Larqeau və Abeçedəki bazalarını tərk etmişdilər.
Xatırladaq ki, 29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini elan edib. Dekabrın 20-də isə bütün qoşunların 31 yanvar 2025-ci ilə qədər ölkədən çıxarılmasını tələb edib.
QAZİLER.AZ