Kanadanın Baş naziri Castin Trüdo deyib ki, ABŞ-nin Kanada mallarına gözlənilən tarifləri tətbiq etməsi kanadalıların iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Toronto Sun” məlumat yayıb.
“Mən gizlətmək istəmirəm. Kanadalılar yaxın günlərdə və həftələrdə çətin dövrlə üzləşə bilərlər", - Kanadanın baş naziri deyib.
Trüdo əlavə edib ki, əvvəlki kimi cavab tədbirləri görməyə hazırdır. Kanadaya qarşı tariflər tətbiq edilərsə, Ottava simmetrik cavab verəcək.
Yanvarın 21-də ABŞ prezidenti Donald Tramp ölkəsinin bu ilin fevralın 1-dən etibarən Meksika və Kanadadan gələn mallara 25%-lik yeni rüsumlar tətbiq edəcəyini açıqlayıb.
QAZİLER.AZ