Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, Kiyev Hollandiyadan “F-16” qırıcılarının yeni partiyasını gözləyir.
Qaziler.az xəbər verir ki, o, müvafiq açıqlamanı “facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet “F-16” proqramıdır. Təyyarələrin növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, - o qeyd edib.
Umerov qeyd edib ki, Hollandiya 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb. Lakin qırıcı təyyarələrin tədarük həcmi və vaxtı açıqlanmayıb. Ümumilikdə Hollandiya Ukraynaya 24 ədəd "F-16" qırıcısı tədarük edəcəyinə söz verib.
QAZİLER.AZ