ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə əlaqə yaratmaq qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Trampın xüsusi nümayəndəsi Riçard Qrenellin Venesuela lideri ilə görüşəcəyi dəqiqləşsə də, danışıqların nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.
“Prezident Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Venesuela prezidenti Nikolas Maduro ilə görüşəcək”, - nəşrin məlumatında deyilir.
Müzakirə üçün əsas məsələnin qeyri-qanuni miqrantların ABŞ-dan Latın Amerikası ölkələrinə deportasiya uçuşları ilə bağlı problemlərin olacağı gözlənilir.
Qeyd edilib ki, 2013-cü ildə Venesuelada iqtisadi və siyasi böhran başlayandan bəri ABŞ venesuelalı qaçqınların əsas hədəf ölkələrindən birinə çevrilib.
QAZİLER.AZ