Malinin cənubunda qızıl mədənində torpaq sürüşməsi 10 nəfərin həyatına son qoyub.
Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, ölkə mətbuatının məlumatına görə, Danga kəndində qızıl mədənində torpaq sürüşməsi çökməyə səbəb olub.
Əksəriyyəti qadınların olduğu 10 nəfərin həyatını itirdiyi, çox sayda insanın itkin düşdüyü fəlakətlə bağlı səlahiyyətlilərdən verilən açıqlama veriblər.
Açıqlamada: "Onlar dağıntılara səbəb olan palçıqlı suya bataraq bir çuxurda qalıblar. Təəssüf ki, onların heç biri qaça bilməyib”. deyildi.
Bölgə səlahiyyətliləri təhlükəli şərait səbəbindən “cəsədlərin heç birinin çıxarıla bilməyədiyini” və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
QAZİLER.AZ