HƏMAS "İzzəddin əl-Qəssam" Briqada komandiri Məhəmməd əl-Deyfin ölümünü təsdiqləyib.
Fələstinin HƏMAS hərəkatı "Əl-Qəssam" briqadalarının (hərəkatın hərbi qanadı) komandiri Məhəmməd əd-Deyfin ölümünü təsdiqləyib.
Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qrupun sözçüsü Əbu Ubeyda bildirib. Onun sözlərinə görə, əl-Deyfin müavini Mərvan İsa da öldürülüb.
"Biz "İzzəddin əl-Qəssam" Briqada komandiri Məhəmməd əl-Deyf və onun müavini Mərvan İsaya yas tuturuq”, - deyə Ubeyda videomüraciətində bildirib.
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin hərəkatının hərbi qanadının liderinin 2024-cü ilin avqustunda öldürüldüuyünü açıqlayıb. Hərbçilərin məlumatına görə, o, iyulun 13-də Xan Yunisdə baş verən hücumda öldürülüb. İndiyədək HƏMAS bu məlumatı etiraf etməyib.
QAZİLER.AZ