Fransa son hərbi bazasını Çad ordusuna təhvil verdi və bununla da ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırdı.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Çad Baş Qərargahından verilən açıqlamaya görə, Çadın paytaxtı Encemine şəhərində yerləşən Adji Kossei bazasına nəzarət fransız əsgərlərindən alınıb.
"Adji Kossei Bazasının ələ keçirilməsi Fransa qüvvələrinin Çaddakı mövcudluğunu tamamilə sona çatdırdı. Bu təhvil yüksək vəzifəli şəxslərin, xüsusilə də Prezident Muhamed İdris Debi Itnonun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib. ", - bəyanatda deyilir.
Çad hökuməti Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Daha sonra Fransanın döyüş təyyarələri və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.
Fransız əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası 26 dekabr 2024-cü ildə Çad ordusuna, 12 yanvarda isə Abeche Hərbi Bazasına təhvil verilib.
QAZİLER.AZ