Meksika prezidenti Klaudiya Şeynbaum “Google”a məktub göndərərək “Google Maps” platformasından Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmamağı xahiş edib.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
"Klaudiya Şeynbaum yanvarın 30-da hökumətin “Google”a göndərdiyi məktubu təqdim edib", - məlumatda deyilir.
Qeyd olunur ki, sənəddə ölkə hakimiyyəti “Google Maps” platformasını ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması ilə bağlı etdiyi dəyişikliklərlə razılaşmamağa çağırır.
QAZİLER.AZ