Vaşinqtondakı təyyarə qəzasının qurbanları ilə bağlı şərh Amerika tərəfinin təsdiqindən sonra ortaya çıxacaq.
Qaziler.az bildirir ki, yanvarın 30-da bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Andrey Bondarev “İzvestiya”ya məlumat verib.
Onun sözlərinə görə, yanvarın 30-na keçən gecə Amerika tərəfi səhər saatlarında məlumat verəcəyini vəd edərək, qurbanlar haqqında məlumat verməkdən imtina edib.
“Hələ də gözləyirik, təsdiqimiz yoxdur. Biz onlardan rəsmi məlumat istədik. Amerikalıların təsdiqindən sonra şərh verəcəyik”, - deyə Bondarev bildirib.
Yanvarın 30-na keçən gecə Vaşinqtonda Ronald Reyqan Milli Hava Limanı yaxınlığında American Airlines sərnişin təyyarəsi və "Blackhawk" hərbi helikopteri toqquşub. "American Airlines"-a məxsus təyyarənin göyərtəsində ümumilikdə 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə üç hərbçi olub. Sağ qalanlar barədə ilkin məlumat yoxdur.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını “dəhşətli” adlandırıb. Onun sözlərinə görə, vertolyotun heyəti kursu dəyişsəydi, faciənin qarşısını almaq olardı.
Həmin gün NBC News xəbər verir ki, Vaşinqtonda təyyarənin qəzaya uğradığı yerdə 30-dan çox qurbanın cəsədi Potomak çayından çıxarılıb. "American Eagle Flight 5342" təyyarəsinin qalıqları və hərbi helikopter çayda qalmağa davam edir.
QAZİLER.AZ