Finlandiya körfəzinin adının dəyişdirilməsi təklif olunub

Finlandiya körfəzinin adının dəyişdirilməsi təklif olunub backend

Finlandiya körfəzi yeni ad ala bilər - Sankt-Peterburq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu təşəbbüs ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılmasının mümkünlüyü barədə bəyanatlarından sonra Rusiya  Hərbi Tarixi Cəmiyyətinin elmi direktoru Mixail Myaqkov tərəfindən irəli sürülüb.

Myaqkov qeyd edib ki, Finlandiya və İsveç tərəfindən rusofobiyanın yüksək səviyyəsi körfəzin adının dəyişdirilməsini zəruri edir. Onun fikrincə, bu, tarixən ədalətə və müasir siyasi şəraitə uyğun olardı.

“Bu körfəzin ərazisində yerləşən ən böyük şəhər Sankt-Peterburqdur. Həm I Pyotr, həm də biz qədim zamanlardan bu Finlandiya körfəzini inkişaf etdiririk. Mənə elə gəlir ki, bu körfəzin məntiqi adı Sankt-Peterburq və ya Sankt-Peterburq körfəzi olmalıdır”, - professor qeyd edib.

QAZİLER.AZ

Diaspora