İlon Mask ABŞ prezidenti ola bilməz - amerikalılar milyarderi tənqid etdi

İlon Mask ABŞ prezidenti ola bilməz -  amerikalılar milyarderi tənqid etdi backend

“Quinnipiac” Universitetinin sorğusunda iştirak edən ABŞ vətəndaşlarının yarıdan çoxu milyarder İlon Maskın Tramp administrasiyasında əhəmiyyətli təsiri barədə mənfi fikirdədir.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Araşdırmaya görə, amerikalıların 53%-i Maskın Ağ Evdə olmasının əleyhinə, 39%-i isə lehinədir. Eyni zamanda, respublikaçıların 73%-i sahibkarın hazırkı rolunu daha çox bəyənir, demokratların 90%-i isə mənfi fikirdədir.

Amerikalı jurnalist Con Varoli hesab edir ki, Mask faktiki olaraq Donald Trampı hakimiyyətə gətirən bir növ boz nüfuza çevrilib. Onun sözlərinə görə, ilkin olaraq Demokratlar Partiyasından namizədiKamala Harrisin prezidentlik yarışında qalib gəlmək şansı daha yüksək idi, lakin Mask Trampın seçki kampaniyasına külli miqdarda vəsait ayıraraq vəziyyətə müdaxilə edib.

Maskın niyə prezidentliyə öz namizədliyini irəli sürməməsi ilə bağlı sualı cavablandıran jurnalist xatırladıb ki, milyarder Cənubi Afrikada anadan olub və buna görə də qanuna görə namizədliyini irəli sürə bilməz.

QAZİLER.AZ

Diaspora