2005-2021-ci illərdə Almaniya kansleri vəzifəsində çalışmış Angela Merkel partiya yoldaşı, Xristian Demokrat və Xristian Sosial Birlik blokundan Almaniya kanslerliyinə namizəd Fridrix Mersi miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qətnaməyə səs verdiyinə görə kəskin tənqid edib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Keçmiş kansler izah edib ki, Bundestaq (parlament) Mers fraksiyasının miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qətnaməsini qəbul edib və bu qətnamə “Almaniya üçün Alternativ” partiyasından olan parlament üzvləri tərəfindən dəstəklənib.
QAZİLER.AZ