“Bombardier CRJ700” və “Black Hawk” hərbi helikopterinin toqquşma anını başqa bir təyyarənin ekipajı görüb.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” Vaşinqtonun Reyqan hava limanında pilotlardan biri ilə aviadispetçer arasında aparılan danışıqlara istinadən yazıb. Danışıq zamanı operator iki təyyarə arasında toqquşma olduğunu bildirib və onların marşrutu hara dəyişəcəklərini soruşub.
“Biz hər şeyi gördük”, - pilot cavab verib.
Hərbi helikopteri müşayiət edən nəzarətçilərdən biri 30 saniyə ərzində ekipajın təyyarəni görüb-görmədiyini soruşub. Operator cavabında yalnız ah-nalə eşitdiyini deyib. Enişdən bir neçə dəqiqə əvvəl təyyarənin ekipajından daha qısa uçuş-enmə zolağına enə biləcəyi soruşulub. Müsbət cavabdan sonra təyyarənin radio vericisi məlumatların ötürülməsini dayandırıb.
Qeyd edək ki, “Bombardier CRJ700” Potomak çayına düşüb. Hazırda hadisə yerində təcili yardım xidmətləri və xilasedici helikopterlər işləyir.
QAZİLER.AZ