Rusiyada uşaqlara valideynlərindən icazəsiz adlarını dəyişdirməyə icazə verilə bilər

Rusiyada uşaqlara valideynlərindən icazəsiz adlarını dəyişdirməyə icazə verilə bilər backend

Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Vladislav Davankov uşaqlara zorakılıq səbəbindən, hətta valideynlərinin icazəsi olmadan adlarını dəyişməyə icazə verilməsini təklif edib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir. Parlamentari müvafiq müraciəti Rusiya Əmək Nazirliyinə göndərib.

“Bununla əlaqədar olaraq, hesab edirəm ki, valideynlər bu qərarı dəstəkləməsələr belə, uşağın yetkinlik yaşına çatana qədər zorakılıq səbəbindən adını dəyişmək hüququnun qanunvericiliklə təsbit edilməsi imkanını nəzərdən keçirmək lazımdır, - müraciətdə qeyd edilib.

Davankovun sözlərinə görə, uşaqlar qəribə və ya nadir adlara görə daha çox məktəblərdə istehza ilə üzləşirlər. O əlavə edib ki, hazırda cəmiyyətdə valideynlərin övladlarına qəribə adlar qoyması tendensiyası artıb. Parlamentari vurğulayıb ki, Rusiya Federasiyasının Ailə Məcəlləsinə əsasən, uşaqlara hərf olmayan rəqəm və simvollarla ad qoyula bilməz.

QAZİLER.AZ

Diaspora