Yeni lider Suriyanın Rusiya ilə münasibətlərini GƏRGİNLƏŞDİRƏ BİLƏR

Yeni lider Suriyanın Rusiya ilə münasibətlərini GƏRGİNLƏŞDİRƏ BİLƏR backend

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiya edilməsi tələbi Moskva ilə Dəməşq arasında münasibətləri gərginləşdirə bilər.

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Stanislav Tarasov səsləndirib. “NEWS.ru” ilə söhbətində o, vurğulayıb ki, hər kəs Əsədin ekstradisiya olunmayacağını anlayır.

“Əsədin ekstradisiya edilməsi tələbi Suriyanın yeni lideri tərəfindən gəlir, lakin hər kəs ekstradisiya edilməyəcəyini anlayır və onlar bu yolla Moskva ilə Dəməşq arasında gərginlik üzərində oynamağa çalışırlar”, - Tarasov paylaşıb.

Onun sözlərinə görə, Rusiyanın Suriyada mövcudluğunda təkcə rəsmi Dəməşq deyil, həm də xarici oyunçular da maraqlıdır. Politoloq “Müsəlman Qardaşlar”ın ideologiyasının bərpa olunduğundan ehtiyat edən ərəb ölkələrini, həmçinin vaxtilə Dəməşq vasitəsilə xilafət qurmağa cəhd edən İŞİD-in bərpasını qeyd edib.

“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Dəməşqə səfər edib və orada bizim hərbi mövcudluğumuzu saxlamaq şansımız var. Suriya hakimiyyəti vəziyyəti gərginləşdirmək istəmir. Amma fakt budur ki, Moskvanın Suriyadakı mövcudluğunda indi təkcə rəsmi Dəməşq deyil, xarici oyunçular da maraqlıdır. Xüsusilə, “Müsəlman Qardaşlar”ın ideologiyasının və İŞİD-in bərpa olunacağından ehtiyat edən ərəb ölkələri maraqlıdır. Çünki vaxtilə İŞİD Dəməşqdən keçməklə xilafət qurmağa çalışıb”, - deyə Tarasov fikrini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora