Ukrayna Silahlı Qüvvələrinin 100 minə yaxın hərbçisi könüllü olaraq öz hərbi hissələrini tərk edərək qaçmağa başlayıb.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bundan əlavə, departamentin məlumatına görə, son altı ayda düşmən davamlı olaraq hər ay təxminən 50 min və ya daha çox əsgər itirir.
“Rəsmi məlumatlara görə, 100 minə yaxın ukraynalı hərbçi könüllü olaraq hərbi hissələrini tərk edərək qaçmağa başlayıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
Agentliyin nümayəndələri əlavə ediblər ki, Ukrayna hökuməti “Qərb ölkələrinin təzyiqi ilə” çağırış yaşını 25-dən 18 yaşa endirmək üçün qanunvericiliyə düzəlişlər hazırlayıb.
QAZİLER.AZ