Kadırovdan ÇAĞIRIŞ: İŞİD-ə qarşı birləşin

Kadırovdan ÇAĞIRIŞ: İŞİD-ə qarşı birləşin backend

Çeçenistan rəhbəri Ramzan Kadırov Yaxın Şərqin liderlərini İŞİD-ə qarşı birləşməyə çağırıb. Haqqin.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya regionu hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Kadırovun sözlərindən sitat gətirilir: “Mən Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Mərakeş, Əlcəzair, Türkiyə, İran, Malayziya, İndoneziya, Pakistan... liderlərinə müraciət etməyi özümə borc bilirəm.

Məhəmməd Peyğəmbərin ümmətinin məhv edilməsini nə vaxta qədər sakit izləyəcəksiniz? Niyə toplaşıb problemi müzakirə etmirsiniz?

Niyə İŞİD-in ipini yığmaq üçün heç nə etmirsiniz? Niyə ABŞ və onun müttəfiqlərinə “Yetər!” demirsiniz?”.

O, həmçinin ABŞ-ın "ərəb baharı" adı altında Liviya, Tunis, Suriya, Yəmən, Misirdə vətəndaş müharibəsi tonqalları qaladığını, İran körfəzi ölkələrinin demək olar ki, hamısını gözləmə rejimində qoyduğunu bildirib.

Çeçenistan rəhbəri birlikdə istənilən dünya məsələlərini həll etməyin mümkün olduğunu da vurğulayıb: “Biz 1,5 milyardıq! Gənc, sağlam, qərarlı, cürətli! Biz istənilən dünya miqyaslı məsələni həll etməyə qadirik, əgər vahid qüvvə olarıqsa! Mən böyük Allahın adı ilə hamınızı baş verənlər barədə düşünməyə, razılığa gəlmə yollarını tapmağa, ümumi düşmənimizin qarşısını almaq üçün mexanizmin hazırlanmasına çağırıram”.
Diaspora