ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə keçiriləcək görüşə dəvət edib.
Qaziler.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, yanvarın 28-də Netanyahunun ofisi məlumat yayıb.
“ABŞ prezidenti Donald Tramp baş nazir Benyamin Netanyahunu çərşənbə axşamı, fevralın 4-də Ağ Evdə görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci prezidentlik dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir”, - “The Jerusalem Post” yazır.
QAZİLER.AZ