Nyu-Yorkda miqrantlara qarşı genişmiqyaslı reydlər başlayıb

Nyu-Yorkda miqrantlara qarşı genişmiqyaslı reydlər başlayıb backend

ABŞ prezidenti Donald Trampın çoxlu sayda qeyri-qanuni miqrantın deportasiyası kampaniyası çərçivəsində Nyu-Yorkda ilk böyük reydlər başlayıb.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 28-də "New-York Post" (NYP) məlumat yayıb.

Qəzetin xəbərində bildirilir ki, həbslər oğurluq, hədə-qorxu, adam oğurluğu, qəsb kimi ağır cinayətlər törətməkdə şübhəli bilinən miqrantları hədəf alıb.

 "Əməliyyatın məqsədləri ABŞ-ın immiqrasiya qanunlarına riayət olunmasını təmin etmək və potensial təhlükəli cinayətkar əcnəbilərin Birləşmiş Ştatlara daxil olmasının qarşısını almaqla ictimai təhlükəsizliyi və milli təhlükəsizliyi qorumaqdır", - ABŞ Gömrük və Sərhəd Mühafizəsi (ICE) X-də (əvvəllər Twitter) məlumatında deyilir .

Nyu-York şəhər administrasiyası, ICE ilə əməkdaşlığa hazır olduğunu bildirsə də, buna baxmayaraq, onlara şəhərin "miqrantlar üçün sığınacaq" statusunu xatırladıb.

QAZİLER.AZ

Diaspora