Konqoda etirazçılar səfirliklərə hücum ediblər

Konqoda etirazçılar səfirliklərə hücum ediblər backend

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada ABŞ səfirliyindən əlavə, bir neçə diplomatik nümayəndəliyə hücum edilib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bunların arasında Ruanda, Fransa, Belçika, Uqanda və Keniya səfirlikləri var.

“Reuters” agentliyinin məlumatına görə, polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib.

Fransa xarici işlər naziri Jan-Noel Barro ölkənin səfirliyinə hücum edildiyini bildirib. Onlar yanğın törədiblər, lakin yanğın nəzarət altına alınıb.

Konqonun rabitə naziri Patrik Muyaya etirazçıları hücumları dayandırmağa çağırıb. Daha sonra o, vəziyyətin nəzarət altına alındığını bildirib.

Diaspora