Polşalı nazirin danışığı ölkəsini qəzəbləndirdi

Polşalı nazirin danışığı ölkəsini qəzəbləndirdi backend

Polşanın Milli Təhsil naziri Barbara Novaçkanın beynəlxalq konfransda Polşa nasistləri haqqında danışması onun istefasına səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “DoRzeczy.pl” məlumat yayıb.

Portalın məlumatına görə, Polşanın ən böyük müxalifət partiyası olan “Hüquq və Ədalət” partiyası artıq onun istefasını tələb edib.

Portalın məlumatına görə, Osvensim həbs düşərgəsi əsirlərinin azad edilməsinin 80 illiyinə həsr olunmuş tədbirdə nazir deyib ki, “Almaniya tərəfindən işğal olunmuş ərazilərdə polşalı nasistlər əmək düşərgələri tikiblər, lakin sonradan bu düşərgələr insanların məhv edildiyi düşərgələrə çevrilib.

Novaçkaya “X” sosial şəbəkəsində açıq danışdığı üçün üzrxahlıq edib. Onun sözlərinə görə, düşərgələr almanlar tərəfindən tikilib və Polşa nasistləri isə orda olmayıb.

QAZİLER.AZ

Diaspora