İsrailə məxsus PUA-lar Beyrut səmasında kəşfiyyat reydləri həyata keçirir.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Mənbə bildirib ki, pilotsuz təyyarə yanvarın 27-si səhər saatlarında Livanın paytaxtı üzərində olub. O, Beyrutun mərkəzi və cənubu ətrafında aşağı hündürlükdə uçmağa davam edib. Hətta dron adi gözlə görülüb.
İsrailə məxsus PUA-ların Livan hökumətinin İsraillə atəşkəsi fevralın 18-dək uzatmağa razılıq verməsindən sonra görüntülənib.
Qeyd edək ki, yanvarın 23-də İsrail və Livanın şiə “Hizbullah” hərəkatının yanvarın 27-də başa çatacaq atəşkəs razılaşmasını uzatmaq niyyətində olduqları bildirilib.
QAZİLER.AZ